"Beşiktaş"da ciddi itkilər - 3 futbolçu Belçikaya aparılmadı

Sayta qoyulub: 14:41 07.11.2018 (96 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Genk"lə qarşılaşacaq "Beşiktaş" oyuna ciddi itkilərlə çıxacaq.


Zədə səbəbindən müdafiəçilər Adriano və Gökhan Gönül, yarımmüdafiəçi Gökhan Törə səfər matçında iştirak edə bilməyəcək. Adıçəkilən oyunçular Belçikaya aparılmayıb.


Qeyd edək ki, noyabrın 7-də keçiriləcək  "Genk" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

 

"Beşiktaş"da ciddi itkilər - 3 futbolçu Belçikaya aparılmadı

 

 

 

qol.az

XƏBƏR LENTİ