Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq

Sayta qoyulub: 08:53 07.11.2018 (91 dəfə oxunub)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun digər oyunları keçiriləcək.

İkinci oyun günündə 8 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən matçı İtaliyada olacaq. "Yuventus" İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gələcək. Turin təmsilçisi III turda rəqibini səfərdə məğlub edib - 1:0. "Yuventus" bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə növbəti mərhələni təmin edəcək.

Turnirin son qalibi İspaniyanın "Real Madrid" komandası isə səfərdə Çexiyanın"Viktoriya" (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Madrid klubu evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələyib.

7 noyabr

Çempionlar Liqası, IV tur

E qrupu

00:00. "Bavariya" (Almaniya) - AEK (Afina, Yunanıstan)

00:00. "Benfika" (Portuqaliya) - "Ayaks"(Hollandiya)

Xal durumu: "Ayaks" - 7, "Bavariya" -7, "Benfika" - 3, AEK - 0.

F qrupu

00:00. "Lion" (Fransa) - "Hoffenhaym" (Almaniya)

00:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Mançester Siti" - 6, "Lion" - 5, "Şaxtyor" - 2, "Hoffenhaym" - 2

G qrupu

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Real Madrid" (İspaniya)

21:55. OMİK (Moskva, Rusiya) - "Roma" (İtaliya)

Xal durumu: "Roma" - 6, "Real Madrid" - 6, OMİK - 4, "Viktoriya" - 1.

H qrupu

21:55. "Valensiya" (İspaniya) - "Yanq Boyz" (İsveçrə)

00:00. "Yuventus" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Yuventus" - 9, "Mançester Yunayted" - 4, "Valensiya" - 2, "Yanq Boyz" - 1. 

 

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ