"Qarabağ" Ukraynaya getdi

Sayta qoyulub: 19:19 06.11.2018 (79 dəfə oxunub)

"Qarabağ" Ukraynaya getdi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda noyabrın 8-də "Vorskla"nın qonağı olacaq "Qarabağ" bu gün Ukraynaya yollanıb. Ağdam klubu çarter reysi ilə Poltavaya yola düşüb. "Köhlən atlar" matçdan dərhal sonra Bakıya qayıdacaq. Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu noyabrın 8-i Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏR LENTİ