Superliqa klubu baş məşqçini istefaya göndərdi

Sayta qoyulub: 14:42 06.11.2018 (96 dəfə oxunub)

Superliqa klubu baş məşqçini istefaya göndərdi

 

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb. "Sivasspor" Tamer Tuna ilə yolları ayırıb. 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Tamer Tuna bu ildən "Sivasspor"un baş məşqçisi idi. Qeyd edək ki, bu, Super Liqada cari mövsümün 6-cı baş məşqçi istefası olub.

XƏBƏR LENTİ