AFFA “Keşlə” və “Səbail”in futbolçularının cəzalandırdı

Sayta qoyulub: 14:14 06.11.2018 (53 dəfə oxunub)

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və 10-cu turun "Zirə"- Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək. “Zirə” – “Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.


XƏBƏR LENTİ