"Sportinq"in argentinalı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Sayta qoyulub: 10:19 06.11.2018 (85 dəfə oxunub)

 

"Sportinq"in argentinalı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” ciddi itkiylə üzləşib. Lissabon klubunun yarımmüdafiəçisi Rodriqo Battalya zədələnib. Argentinalı futbolçu Portuqaliya Premyer Liqasının 9-cu turunda səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb. Sağ dizinin ön çarpaz bağları qopan futbolçu əməliyyat ediləcək və uzun müddət yaşıl meydanlardan kənar qalacaq. 27 yaşlı futbolçu noyabrın 29-da Avropa Liqasının 5-ci turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü zədə səbəbindən buraxmalı olacaq.

XƏBƏR LENTİ