Şeydayev 20 dəqiqə oynadı

Sayta qoyulub: 08:05 06.11.2018 (89 dəfə oxunub)

Şeydayev 20 dəqiqə oynadı
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu Rusiya Premyer Liqasında növbəti matçını keçirib. Komanda XIII turda səfərdə "Ufa" kollektivi ilə üz-üzə gəlib. 
Qarşılaşma Ramilin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 22 yaşlı hücumçu 70-ci dəqiqədə Alan Çoçiyevin yerinə meydana daxil olub. Qeyd edək ki, bu nəticədən sonra "Krılya Sovetov" 14 xalla 13-cü pillədə qərarlaşıb. 
 

XƏBƏR LENTİ