Mirabdulla Abbasov millidə!

Sayta qoyulub: 21:06 05.11.2018 (167 dəfə oxunub)

Mirabdulla Abbasov millidə!
 

Mirabdulla Abbasov "Neftçi"də mövsümə uğurlu start verib. Topaz Premyer Liqasının 10-cu turunda "Keşlə"nin qapısına qələbə qolunu vuran forvard yenidən diqqətləri öz üzərinə çəkdi. Artıq "Neftçi"nin öndəgələn simalarından olan 23 yaşlı forvard milli məşqçilərinin də diqqətini cəlb edib. Abbasov baş məşqçi Qurban Qurbanovun milli komandaya cəlb etmək istədiyi futbolçulardan biridir. O, yığmamızın Farer adaları və Kosovo ilə oyunları üçün millinin düşərgəsində olacaq. Mirabdulla indiyə kimi A millidə forma geyməyib. Qeyd edək ki, hücumçu cari mövsüm Premyer Liqada 10 oyuna (556 dəqiqə) 4 qol vurub.

XƏBƏR LENTİ