Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

Sayta qoyulub: 20:04 05.11.2018 (115 dəfə oxunub)

Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

 

Çexiyanın futbol üzrə gənclər liqasında 14-cü turun oyunları keçirilib. Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Pribram”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının qollarından ikisinə məhz Fərid imza atıb. O, hesab 1:2 olarkən 61-ci dəqiqədə bərabərlik, 68-də isə komandasının qələbə qolunu vurub.

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.


XƏBƏR LENTİ