Deviçin sağalması 2-3 həftə çəkəcək

Sayta qoyulub: 19:59 05.11.2018 (68 dəfə oxunub)

Deviçin sağalması 2-3 həftə çəkəcək
 

Topaz Premyer Liqasının debütantı "Sabah" çempionata rəng qatmağı bacardı. Paytaxt klubu 10 oyuna 16 xal toplamaqla iddiasını ortaya qoydu. Bu yolda komandanın əsas silahı olan Serbiyalı əsilli ukraynalı forvard Marko Deviç komandaya artıq son iki tur kömək etmir. Buna səbəb 35 yaşlı bombardirin zədələnməsi səbəb olub. Əldə etdiyimiz məlumata görə, Deviçin bərpa olmasına 2-3 həftə vaxt lazımdır. Qeyd edək ki, Deviç "Sabah"ın çempionatda vurduğu 9 qoldan 5-nə imza atıb. Həkimlər hücumçunu Premyer Liqanın 12-ci turu çərçivəsində, noyabrın 24-də "Qarabağ"la keçiriləcək oyuna hazır vəziyyətə gətirmək üçün çalışırlar.

XƏBƏR LENTİ