“Zirə” “Bakı”nın bazasına köçdü

Sayta qoyulub: 19:56 05.11.2018 (82 dəfə oxunub)

“Zirə” “Bakı”nın bazasına köçdü

 

Bu mövsüm artıq 3 stadionda ev oyunu keçirməyə nail olan “Zirə” sayı daha da artıracaq. Qəsəbə stadionunun qazonu sünidən təbiiyə dəyişdirildiyi üçün qaçqın həyatı yaşayan “qartallar” Mərdəkanda və Bayılda rəqib qəbul etmişdi. Dünən isə “Səbail”lə oyun 8-ci kilometr stadionunda baş tutdu. İl bitənə kimi “Zirə” öz doğma meydanında da oynaya bilər. Lakin əkilən yeni otun bərkimə prosesi yubansa, qayıdış qışdan sonraya qalacaq. “Zirə” məşq üçün də xeyli stadiona üz tutub. Amma bundan sonra onların yaya kimi məskunlaşacağı daimi məkan olacaq. Həm tez-tez dəyişən qrafik, həm də yüksək icarə şərtləri üzündən Bakı Olimpiya Stadionundan bezən klub “Bakı”nın təlim-məşq bazasında hazırlaşacaq. Tərəflər arasında mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlanıb.
 
Bu, bazanın yeni direktoru Vaqif Heydərlinin də müştəri cəlb edilməsi baxımından ilk uğurlu işi sayıla bilər. Sözügedən postda Yaşar Seyidovu əvəzləyən sabiq həmkarımız, futbol meneceri qurğunun yeni sahiblərinin istəyi ilə direktor təyin olunub.

XƏBƏR LENTİ