Rafael Van Der Vaart karyerasını bitirdi

Sayta qoyulub: 15:17 05.11.2018 (116 dəfə oxunub)

Hollandiya millisinin keçmiş futbolçusu Rafael Van Der Vaart karyerasını başa çatdırıb.

 

35 yaşlı xavbek son 2 mövsümü Danimarkada Midtülland və Esberq komandalarında keçirmişdi. 

 

Yarımmüdafiəçinin karyerasını mövsümün ortasında bitirməsinin səbəbi bu yaxınlarda məşqdə aldığı zədədir.

 

Van Der Vaart televiziyada analitik kimi çalışacaq və gələcəkdə məşqçiliyə start verəcək.

 

Qeyd edək ki, Rafael karyerası ərzində Ayaks, Hamburq, Real, Tottenhem və Betisin şərəfini qoruyub.

 

Hollandiya millisinin heyətində onun 109 oyunda 25 qolu var.

XƏBƏR LENTİ