O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

Sayta qoyulub: 21:02 04.11.2018 (267 dəfə oxunub)

O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

 

Hətta reklamda da çəkilib

Albert Morqan 1996-cı ildə MY-nın kitmeni (geyim meneceri) olub. Həmin il Bekhem birdəfəlik superulduza çevrilmiş , Ferqüsson Sulşeri transfer etmiş , Norman Devis isə – Yunaytedin tarixində ilk kitmen – təqaüdə çıxmışdı.

 

Onu kim işə götürdü

Morqanı məhz Devis Yunaytedə dəvət etmişdi. Norman 70-ci illərdə işinə başlamışdı. O zaman MY-da hələ Aleks Ferqüsson da yox idi. Məhz Devisin təklifilə MY-da rəsmi olaraq kitmen vəzifəsi yaradıldı.

 

Norman 9-cı illər İPL-in ən yaddaqalan hadisəsinin iştirakçısı olub. Məhz o, Kantonanın azarkeşin üzərinə hücum çəkməsi zamanı fransızı saxlaya bilməmişdi.Norman əlindən gələni etsə də Kantonanın qarşısını ala bilməmişdi. Həmin hadisədən sonra futbolçular Normana vazelin ləqəbini vermişdilər.

 

O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

 

«Biz artıq soyunub-geyinmə otağındaydıq ki, Kantona yenidən meydana qayıdaraq həmin azarkeşə hücum çəkmək istəyirdi, – deyə Devis hadisəni danışarkən xatırlayırdı. – Mən qapını bağlayaraq yalnız meyitimin üstündən keçə biləcəyini söylədim». Каntona sakitləşdi, Norman fransız futbolçu üçün çay süzdü, bir ildən sonra isə təqaüdə yollandı.

 

Albert Morqanla Devisin tanışlığı MY-da işdən əvvəl Ford fabrikində çalışdıqları vaxtlara gedib çıxır.Morqanın sözlərinə görə hər şeyi bir zəng həll etdi: «Bir dəfə zəng edib mənə dedi: «Dur, bizə gəl. Mən işdən çıxıram və işləri təhvil vermək üçün mənə bir nəfər lazımdır. Sənə inanıram . Bilirəm ki, bacaracaqsan».

 

Kitmenin işi nədən ibarətdir

MUDSA-ya müsahibəsində Morqan kitmenliyin çətin olduğunu bildirib. Klubun bütün işçilərinin uniformasına nəzarət etmək lazım idi: futbolkalar, şortlar, klub kostyumları – hər şey tərtəmiz və ütülü olmalıdır. 

 

O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

 

«Ailən və həyat yoldaşın səni başa düşməlidilər. Çünki, sən işinlə yaşayırsan. İşdə yatmalı olursan. Bəzən elə olurdu ki, bazar ertsəi evdən çıxıb, yalnız şənbə günü qayıdırdım», – deyə Morqan bildirir.

 

Albertin əlinin aıtənda böyük bir kollektiv var. Onlar arasında yeniyetmələrin valideynləri ilə ünsiyyət olub yalnız onların formalarına baxan, hətta soyunub-geyinmə otağında intizama nəzarət edən də var.

 

Bundan başqa kitmen sadəcə olaraq uniformalara baxan deyil, həm də hamının dostudur.

 

O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

 

Ferqüsson ona etibar edirdi

Morqanın Alekslə münasibətləri hər zaman əla olub.Onların fikrincə geyimin yüksək səviyyədə səliqəli olması çox vacibdir. «Yunaytedə gələrkən burada vəziyyət fərqli idi. Bir çox şeyləeə barmaqarası baxılırdı – səfər oyunlarına hansı formada getməkdə daxil olmaqla. Futbolçular sadəcə olaraq texniki sponsorun idman dəstlərini geyinirdilər. Dərhal onların köynək , kostyum və qalstukla yola çıxmalarını tələb etdim», – deyə Fergi öz avtobioqrafiyasında qeyd edir.

 

2013-cü ildə komandadan getməsini Ferqüsson ilk olaraq söylədikləri şəxslərdən biri də Morqandır.  «Böyük oyunlardan əvvəl mənə zəng edərək hansı futbolçuları əsas heyətdə buraxmağı məndən soruşurdu. Mən öz komandamı elan edirdim, biz gülürdük və o deyirdi: «yaxşısı budur formalarınla məşğul ol», – Morqan xatırlayır.

 

 

Morqan həm də klub daxilindən informasiyanın çıxmamasına da nızarət edirdi: «Məşqçi və bütün klub bunun vacib olduğunu hesab edirdi. Dəfələrlə Aleks oyunlardan əvvəl məndən futbolçuların telefonlarını almağımı xahiş edirdi. İndi futbolçuların klub avtobusundan fotoları sosial şəbəkələrdə paylaşdığını gördükdə çox təəccüblənirəm. Ferqüssonun vaxtında bu mümkün deyildi».

 

 

Kriştiano Realdakı həyatından narazı olduğunu ona bildirmişdi

 

Ronaldonun MY-ya transferində Morqanın da kiçik əməyi var: 2003-cü il, MY-nın Sportinqlə yoldaşlıq oyunu,18 yaşlı gənc ingilislərin müdafiəsini darmadağın edir, MY oyunçuları Fergidən onun transferini xahiş edirlər. Məhz Alberti Aleks Ferqüsson klub bossu Piter Kenyonun yanına göndərərək transferi reallaşdırmasını xahiş edir: «Bu oğlanla müqavilə imzalamasaq , buradan getməyəcəyik».

 

Ron və Morqan arasında əla münasibət var idi. 2008-ci ildə onlar birlikdə Nike-ın reklam çarxında çəkilmişdilər. Süjetə əsasən kitmen Krişin formasını soyunub-geyinmə otağında tapır, əyninə geyinir və öz ustalığını nümayiş etdirmək üçün Old TRafforda çıxır.

 

 

2016-cı ildə Morqanın dediklərinə görə onlar hazırda da Ronaldo ilə ünsiyyətdədirlə və demək olar ki, hər həftə yazışırlar.  Sky Sports-un jurnalisti Qrem Xanterin dediklərinə görə Ronladonun Realda vəziyyəti yaxşı olmayanda tez-tez Morqanla söhbətləşirdi: «Vaxt var idi, xüsusilə də Mourinyonun vaxtında Albertə tez-tez İspaniyadan zənglər gəlirdi. Zəng edən Ronaldo idi. O tez-tez zəng edərək dərdini Morqana anlatırdı. Kriştiano Realda oyundan MY ilə müqayisədə daha az zövq aldığından şikayətlənirdi».

 

İndi o, MY-nın səfiridir

2013-cü ildə Morqan təqaüdə çıxdı.Gedişinin səbəbi də səhhəti idi. Fasiləsiz işləmək onun üçün artıq çətin idi

 

Kitmenliyi tərk etdikdən sonra Morqan MY-nın səfiri oldu. O, müsahibələr verir, Old Traffordun görkəmli qonaqlarını qəbul edir.

 

 

O, "Mançester Yunayted"də formalarla məşğul idi, Ferqüssonun sevimlisi və Ronaldonun əsas sirdaşı idi

 

 

 

 

XƏBƏR LENTİ