Elşad Əhmədov: “Bu, heç-heçə ilə bitəsi oyun idi”

Sayta qoyulub: 19:38 04.11.2018 (53 dəfə oxunub)

 

Elşad Əhmədov: “Bu, heç-heçə ilə bitəsi oyun idi”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 10-cu turunda “Qəbələ”yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 48 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:


- Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissə. Heyətdəki dəyişiklik etmişdik. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyundu.


- Marko Deviçin yolxuğunda hücum xəttiniz "dişsiz görünür. Bu gün Tura Qürbətova sontradan şans verdiniz, onu da əvəzlədiniz...
- Bəli. Markonun olmamağı ziyanımızadı. Turala şans verdik ki, hücumu sürətləndirdik. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.


- Komanda ilk hissəni niyə zəif keçirdi?
- Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı göstərdilər.


- Hesab etmirsiniz ki, məğlubiyyətlərdən bəzi futbolçuların olmamağı rol oynadı?
- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşdu. İlk hissənin sonuna özümüzə gəldik. Belə heyətlə oynasaydıq. Ən azı 2 qol buraxmazdıq.

 


- Deviç nə vaxt sıraya dönəcək?
- Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdi. 

XƏBƏR LENTİ