Qurban Qurbanov Geryenin cəzalandığını təsdiqlədi

Sayta qoyulub: 20:06 03.11.2018 (82 dəfə oxunub)

Qurban Qurbanov Geryenin cəzalandığını təsdiqlədi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Donald Geryeni cəzalandırdıqları barədə yayılan xəbərləri təsdiqləyib. O,  29 yaşlı oyunçunun klubun düşərgəsinə gec qayıtdığı üçün cəzalandırıldığını deyib: "Bu, klubdaxili olan məsələdir. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Kodekslə tanış olurlar və söz deməyə nəsə olmur".

XƏBƏR LENTİ