Roberto Bordin: "Kənardan deyilənlər məni maraqlandırmır"

Sayta qoyulub: 19:57 03.11.2018 (97 dəfə oxunub)

Roberto Bordin: "Kənardan deyilənlər məni maraqlandırmır"

Topaz Premyer Liqasında X turun “Keşlə” – “Neftçi” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb. İtaliyalı çalışdırıcı öncə oyunla bağlı danışıb:

 

- Böyük və əzəmətli qələbədi. Bütün futblçular qalibiyyət hissini göstərdilər. Hamını təbrik edirəm. Bizə vaxt lazım idi ki, meydançaya adaptasiya olaq. Süni örtükdə yaxşı oynadıq. Vura bilmədiyimiz epizodlar oldu, amma çox yaxşı oynadıq.

 

- İndiyə qədər qarşılaşdığınız ən pis örtüklərdən olduğunu demək olarmı?
- Deyə bilmərəm ki, pisdi. Sadəcə, öyrəşməmişik.

 

- Rəhman Hacıyevin çıxışından razı qaldız?
- Onda alınırdı. İti ötürmələr edə bilirdi. Hücumların qurulmasında özünü yaxşı göstərdi. Oyunundan razıyam. Sadəcə sonluğu qoya bilmirdi. Bu baxımdan çatışmazlıq var idi.

 

- Hesab sürüşkən idi. 2-ci qolu vurub, daha rahat oynamağa nə mane oldu?
- Epizodlar oldu. Təəssüf ki, fərqi artıra bilmədik. Amma sevinirik ki, hesabı qoruya bildik. Hər oyun çoxlu qol vurmaq vacib deyil. Əsas 3 xaldı.

 

- Komanda bu heyətlə çempion ola bilərmi?
- Komandamızdan çox razıyıq. Yaydan indyə kimi böyük artım var oyunumuzda. Oyunçuların hər birindən, hətta əvəz olunanlardan da razıyam. Çempionat hələ uzundu. Addım-addım düşünmək lazımdı. “Zirə” ilə növbəti oyun çox vacibdi. Çünki ilk oyunda çox yaxşı oynamışdılar.

 

- Sizdən əvvəl “Neftçi”nin çalışdırıcısı olan Tərlan Əhmədovla rəqib idiz. Məğlubiyyət təzyiqə səbəb olacaqdı. Bu barədə düşünürdüzmü?
- “Neftçi”nin baş məşqçisiyəm. Kənardan deyilənlər məni maraqlandırmır. Əsas odu ki, oyunlara yaxşı hazırlaşaq və kənar təsirlərdən yayına bilək.

 

- Kirilo Petrovun yoxluğu nə ilə bağlı idi?
- Cüzi zədəsi var. Ümid edirik ki, ən qısa zamanda yenidən komandaya xeyir verə biləcək.

 

- Baxışda olan Mamadu Kane ilə bağlı qərar vermisiz?
- Özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası yaxşı keçir. Qərar vermək üçün vaxtımız var.

XƏBƏR LENTİ