"Keşlə" "Neftçi" ilə oyuna 4 itki ilə çıxacaq

Sayta qoyulub: 13:12 03.11.2018 (60 dəfə oxunub)

"Keşlə" "Neftçi" ilə oyuna 4 itki ilə çıxacaq

Topaz Premyer Liqanın 10-cu turunda bu gün “Neftçi”ni qəbul edəcək “Keşlə” oyuna itkilərlə çıxacaq. Klubdan  verilən məlumata görə, komandanın 4 üzvü paytaxt derbisində forma geyinə bilməyəcək. Ötən tur “Qarabağ”la oyunda qırmızı vərəqə görən Samir Məsimov cəza, Andre Klennon, Fuad Bayramov və Məmməd Quliyev isə zədə səbəbindən bu günkü matçı buraxacaqlar. Qeyd edək ki, “ASK Arena”dakı oyun saat 17:00-da başlayacaq.

XƏBƏR LENTİ