"Keşlə" "Neftçi"yə, "Qarabağ" "Sumqayıt"a qarşı

Sayta qoyulub: 08:53 03.11.2018 (76 dəfə oxunub)

"Keşlə" "Neftçi"yə, "Qarabağ" "Sumqayıt"a qarşı
 

Bu gün Topaz Premyer Liqasında X tura start veriləcək. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Çempionatın lideri “Neftçi” səfərdə “Keşlə” ilə qarşılaşacaq. Bu, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədovun yeni postunda sabiq komandasına qarşı ilk dueli olacaq. Odur ki, görüş prinsipiallıq daşıyır.  Başqa sözlə, “Ask Arena”da xələf-sələf qarşıdurmasına şahidlik edəcəyik. Həftəiçi VII turdan təxirə salınmış görüşdə “Qarabağ”dan xal almış qəsəbə təmsilçisi daha bir favoriti büdrətməyə çalışacaq. Roberto Bordinin komandası isə əsas izləyicisi ilə xal fərqinin azalmaması üçün meydanı qələbə ilə tərk etməlidir. 

Günün ikinci qarşılaşması “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq. Əslində bu qarşılaşma Suraxanıda baş tutmalı idi. Ancaq “Azərsun Arena”nın işıqlandırma sistemində yaranan nasazlığa görə görüş yerini dəyişmək lazım gəldi. Beləliklə, çempionatda artıq üçüncü oyundu qələbə qazana bilməyən “Qarabağ” “Sumqayıt”ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.  Bu həm də arenanın mövsümdə ilk dəfə Premyer Liqa oyununu qəbul edəcəyi anlamına gəlir.  Qurban Qurbanovun komandası uğursuz seriyanı qırmaq əzmindədir.  Nazim Süleymanovun yetirmələri isə avrokuboklara iddialıların mübarizəsində növbəti zərbə almamaq üçün 3 oyunluq qələbəsizliyi dayandırmalıdır. 

Topaz Premyer Liqası

X tur 

3 noyabr (şənbə)

17:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov

“ASK Arena”.

19:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika stadionu. 

 

XƏBƏR LENTİ