"Qalatasaray"-"Fənərbağça" oyununda bərabərlik

Sayta qoyulub: 22:28 02.11.2018 (88 dəfə oxunub)

"Qalatasaray"-"Fənərbağça" oyununda bərabərlik

Türkiyə superliqasında 11-ci tura start verilib. Bütün diqqətlər İstanbula yönəlib. Burada “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qapılara 4 qol vurulub - 2:2.

2 noyabr

Türkiyə superliqası, 11-ci tur

 

22:00 “Qalatasaray” – “Fənərbaxça” - 2:2 
Qollar: Donk, 31 (1:0), Linnes, 49 (2:0), Valbuena, 66-pen. (2:1), Jailson, 72 (2:2)

Qeyd edək ki, Fatih Terimin çalışdırdığı "Qalatasaray" xalını 20-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Ağır günlərini yaşayan "Fənərbaxça" isə 10 xalla 15-ci sırada qalıb.  Turnir cədvəlinə 21 xalla (10 oyuna) "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 19 xalla (10 oyuna) 3-cüdür.

XƏBƏR LENTİ