"Qarabağ" niyə respublika stadionunda oynayır?

Sayta qoyulub: 22:04 02.11.2018 (103 dəfə oxunub)

"Qarabağ" niyə respublika stadionunda oynayır?
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının X turunda evdə "Sumqayıt"la keçirəcəyi oyunun stadionun dəyişdirilməsi xahişi ilə Peşəkar Futbol Liqasına müraciət edib. 

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi həmin qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmasını istəyib. Rəsmi qaydada ünvanlanmış məktubda səbəb kimi komandanın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində yaranan problem göstərilib. 

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" matçı saat 19:00-da başlayacaq.

XƏBƏR LENTİ