"Neftçi" "Keşlə" ilə oyuna 3 itki ilə çıxacaq

Sayta qoyulub: 17:16 02.11.2018 (60 dəfə oxunub)

"Neftçi" "Keşlə" ilə oyuna 3 itki ilə çıxacaq
 

“Neftçi” Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını başa vurub. Komanda bu gün öz bazasında oyun öncəsi son məşqə çıxıb.  Məşqdə zədəli Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa bütün futbolçular iştirak ediblər. Xatırladaq ki, "ASK Arena”da baş tutacaq "Keşlə” – "Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.

XƏBƏR LENTİ