UEFA "Roma" - SSKA oyunu ilə bağlı intizam işi açdı

Sayta qoyulub: 18:58 01.11.2018 (78 dəfə oxunub)

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən "Roma" – SSKA oyunu ilə bağlı intizam işi açıb. Qonaq komandanın  azarkeşləri matçda pirotexniki vasitələrdən istifadə ediblər. "Roma"lı fanatlar isə meydana kənar əşyalar atıblar. UEFA-nın İntizam Komitəsi məsələ ilə bağlı yekun qərarı noyabrın 22-də keçiriləcək iclasda verəcək. Xatırladaq ki, "Roma" - SSKA oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

XƏBƏR LENTİ