Gerye "Qarabağ"dan gedə bilər

Sayta qoyulub: 18:53 01.11.2018 (157 dəfə oxunub)

 

Gerye "Qarabağ"dan gedə bilər

Donald Gerye qışda "Qarabağ"dan gedə bilər. Bu futbolçuya daha sərfəli təkliflər gəlməsi haqda daha öncə məlumat vermişdik. Üstəlik, son zamanlar futbolçu ilə klub arasında da soyuqluq yaranıb. Bu yaxınlarda düşərgəyə gec gəldiyi üçün baş məşqçi Qurban Qurbanov da ona böyük məbləğdə pul cəzası kəsmişdi. Bütün bu baş verənlər isə haitili futbolçunun "Qarabağ"dan gedişini şərtləndirir. Artıq onun qışda Ağdam klubundan gedəcəyinə dair məlumat almışıq.

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi 2019-cu ilin yayında başa çatır.

XƏBƏR LENTİ