Lill və Napoli ilə oyunlarda qapını Buffon qoruyacaq

Sayta qoyulub: 15:33 01.11.2018 (109 dəfə oxunub)

Canluici Buffon PSG-nin qarşıdakı iki oyununda start heyətində meydana çıxacaq.

 

«Buffon komanda üçün çox vacibdir. O öz təcrübəsilə bölüşür. Canluici qarşıdakı Lill və Napoli oyunlarında meydanda olacaq», – deyə baş məşqçi Tomas Tuxel bildirib.

 

Bu mövsüm Buffon Liqa 1-də 5 dəfə meydana çıxıb, onlardan birində qapısında 3 qol görüb.

XƏBƏR LENTİ