"Sportinq" baş məşqçisini istefaya göndərir

Sayta qoyulub: 14:31 01.11.2018 (77 dəfə oxunub)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" baş məşqçisi Joze Pezeyrunu istefaya göndərməyə qərar verib.


Komandanın Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi bu qərara gəlib.  Yaxın vaxtlarda bu istefanın rəsmən açıqlanacağı gözlənilir.


Yeni baş məşqçi vəzifəsinə əsas namizədlərin  Leonardo Jardim və  Paulu Souzu olduğu iddia olunub.


Qeyd edək ki, Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.

 

 

 

"Sportinq" baş məşqçisini istefaya göndərir

 

 

 

qol.az

XƏBƏR LENTİ