Vyetnam ilk dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək

Sayta qoyulub: 14:30 01.11.2018 (68 dəfə oxunub)

“Formula 1” üzrə dünya çempionatı ilk dəfə Vyetnamda keçiriləcək.

Paytaxt Hanoy 2020-ci il mövsümündə dünyanın ən populyar avtomobil idman yarışını təşkil edəcək.

Hazırkı çempionat 21 mərhələdən ibarətdir. 2018-ci il mövsümünə noyabrın 11-də keçiriləcək Braziliya və ayın 25-də baş tutacaq Abu-Dabi Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton artıq karyerasında 5-ci dəfə dünya çempionluğunu təmin edib.

Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. 

 

 

 

 

 

 

 

 

“Report”

XƏBƏR LENTİ