Şahmatçılarımızın yeni reytinqi

Sayta qoyulub: 09:59 01.11.2018 (83 dəfə oxunub)

Şahmatçılarımızın yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2832) 15 xal geri qalır. Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 40-cı (2703), Eltac Səfərli (2671) 72-ci,  Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb. Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422)  13 pillə geriləyərək 46-cı pillədə qərarlaşıb.

 

2397 xalla 63-cü olan Xanım Balacayeva ilk dəfə qadınların “100-lüy”ünə düşüb.Gülnar Məmmədova isə 2368 xalla 97-cidir.

XƏBƏR LENTİ