Ingiltərə Liqa kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşdi

Sayta qoyulub: 09:04 01.11.2018 (103 dəfə oxunub)

 Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. 

 "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal"a "Tottenhem" rəqib olub. "Topçular" 1/8 finalda evdə "Blekpul"u 2:1 hesabı ilə yenib. Meydan sahiblərindən qolları 33-cü dəqiqədə Ştefan Lixştayner, 50-ci dəqiqədə Emil Smit vurub. Qonaqlardan isə 66-cı dəqiqədə Podi O Konnor fərqlənib. Hər iki komanda görüşü 10 nəfərlə başa vurub. "Arsenal"dan Matteo Qonduzi 56-cı, "Blekpul"dan isə OKonnor 84-cü dəqiqədə meydandan qovulub. 

Digər cütlərə gəldikdə, Londonun daha bir təmsilçisi "Çelsi" "Bornmut"la, "Midlsbro" "Börten Albion"la üz-üzə gələcək. Bu gün keçiriləcək "Mançester Siti" - "Fulhem" qarşılaşmasının qalibi isə təxirə salınmış "Lester" - "Sautgempton" cütünün qalibi ilə qarşılaşacaq. 

Oyunlar dekabrın 17-dən başlayan həftə ərzində təşkil olunacaq. Ötən mövsüm Liqa Kubokunu "Mançester Siti" qazanıb. 

Qeyd edək ki, "Arsenal" "Qarabağ"la Bakıda keçirdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar Londonda dekabrın 13-də görüşəcəklər. 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ