"Sportinq" qapıçısını İngiltərə klubuna 18 milyon avroya satıb

Sayta qoyulub: 09:03 01.11.2018 (106 dəfə oxunub)

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"i yayda İngiltərə "Vulverhempton"una üz tutan əsas qapıçısı Ruy Patrisiunun kompensasiya məsələsində razılığa gəlib. 

Bu məbləğ 18 milyon avro təşkil edir. "Vulverhempton" portuqaliyalı qolkiperin transferi məsələsini bağlı hesab edir və gələcəkdə bu məsələ ilə bağlı şərh vermək niyyətində deyil. 

Yazda "Sportinq"də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Münaqişənin zirvəsi fanatlar qrupunun komandanın məşq bazasına hücumu olub. Nəticədə bir qrup oyunçu, o cümlədən, Patrisiu klubla müqaviləsini birtərəfli qaydada pozub və azad agent qismində digər komandalara keçib. Sonrada Portuqaliya təmsilçisinin FIFA-ya şikayətindən sonra yeni prezident Frederiko Varandaş gedən oyunçuların yeni klubları ilə danışıqlara başlayıb. Hazırda "Qarabağ"da olan Simeon Slavçev də müvavilə üzrə "şirlər"ə məxsus olub. 

Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər. 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ