"TOPAZ": "İSPANİYA KUBOKUNUN OYUNLARINA "TƏKLİ" MƏRC FÜRSƏTİ

Sayta qoyulub: 08:53 01.11.2018 (78 dəfə oxunub)

"TOPAZ": "İSPANİYA  KUBOKUNUN OYUNLARINA "TƏKLİ" MƏRC FÜRSƏTİ


 

Ötən günlərlə müqayisədə "Topaz" proqramında bu gün nisbətən az oyun yer alsa da, proqnoz həvəskarları üçün müxtəlif seçimlər etməyə imkan var. Proqramdakı 65 matçdan 32-sinə canlı, 7-sinə isə həm canlı, həm də "təkli" mərc etmək mümkündür. "Təkli oyunlar"dan  5-i İspaniya Kral Kubokunun 1\16 final  mərhələsinin görüşləridir. Digər matçlar isə Belçika liqasının "Zulte Varegem"-"Standart" (kod 800, saat 21:00) və İsveç çempionatının "Ostersunds"-AİK (kod 809, saat 22::00)  görüşləridir. 12 turda cəmi 6 xal toplayan "Zulte Varegem" son pillədən qurtulmağa çalışırsa, 6-cı sırada yer alan "Standart" ilk "üçlük"lə xal fərqini azaltmağa çalışır. "Topaz"da bu duel üçün təkif olunan əmsallar belədir: "Zulte Varegem"in qələbəsi 2.95, heç-heçə 3.30, "Standart"ın qələbəsi 1.85. İsveçdəki oyuna gəlincə, finişə 3 tur qalmış AİK ən yaxın izləyicisini 1 xal qabaqlayır. Əvvəl xal fərqi böyük idi. Amma AİK-in son 3 turda "əyləci basması", hər 3 görüşü 1 xalla bitirməsi "Norrkopinq"ə liderə yaxınlaşmaq imkanı verdi. Çempionatda heç bir iidası qalmayan "Ostersunds" AİK-lə indiyədək keçirdiyi 6 matçın heç birində qalib gələ bilməyib (4 məğlubiyyət, 2 heç-heçə). Ənənə bu dəfə də davam edərsə, AİK izləyicisi "Norrkopinq"lə xal fərqini hesabdan asılı olaraq minimum  2, maksimum isə 4-ə yüksəldə bilər.  "Topaz"da həm canlı, həm də "təkli" mərc edə biləcəyiniz bu görüşün əmsalları belədir: "Ostersunds"un qələbəsi 4.10, heç-heçə 3.20, AİK-n qələbəsi 1.60. Günün ilk "təkli" oyunu isə saat 15-də başlayacaq. İspaniya Kral Kubokunda "Sportinq Xixon" "Eybar"ı qəbul edəcək. Artıq sequndada (2-ci liqa) çıxış edən "Sportinq Xixon" düz 4 oyundur qələbə qazana bilmir. La Liqada oynayan "Eybar" isə 5 gün əvvəl keçirilən son turda "Selta" tərəfindən darmadağın olunub (0:4). Yəni, hər iki komanda bu gün meydana azarkeşləri önündə bəraət qazanmaq üçün çıxacaq. "Topaz"ın bu oyun üçün müəyynələşdirdiyi əmsallar da cəbedicidir: "Sportinq Xixon"un qələbəsi 2.70, heç-heçə 2.75, "Eybar"ın qələbəsi 2.25. İspaniya Kubokunun "Selta"-"Real Sosyedad" matçı haqda da xüsusi yazmağa dəyər. La Liqada ardıcıl 6 oyun qələbə üzünə həsrət qalan "Selta" son turda "Eybar"ı 4:0 hesabı ilə darmadağın edərək "tilsimi" qırdı. İndi viqolu fanatlar sevimli komandalarından kubokda da bu uğurun davamını gözləyir. Viqo təmsilçisi bu turnirdə diqqətçəkən çıxışı ilə seçilir. "Selta"  Kral Kuboku çərçivəsində evdə keçirdiyi son 10 matçın heç birində uduzmayıb. Mövsümü qeyri-sabit keçirən "Real Sosyedad" isə La Liqada qazandığı hər 3 qələbəni səfərdə əldə edib. Demək, tərəflərin biri edvə uduzmur, digəri də yalnız səfərdə qələbə qazanır. Necə deyərlər, daş qayaya rast gəlib. Sonluğun necə olacağını, kimin sevinəcəyini yalnız oyun bitincə biləcəyik. Saat 19:15-də başlanacaq matça "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Selta"nın qələbəsi 2.10, heç-heçə 2.95, "Real Sosyedad"ın qələbəsi 2.75.


XƏBƏR LENTİ