Messi məşqlərə başladı

Sayta qoyulub: 18:23 31.10.2018 (87 dəfə oxunub)

İspaniya La Liqasının 9-cu turunda “Sevilya” ilə oyunda zədələnən “Barselona”nın kapitanı Lionel Messi məşqlərə başlayıb. Bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb. Argentinalı hücumçu fərdi şəkildə məşq edir. Qeyd edək ki, qol sümüyündə qırıq aşkarlanan 31 yaşlı futbolçunun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanmışdı.

Messi məşqlərə başladı

XƏBƏR LENTİ