Azərbaycanın 2 taekvondoçusu dopinqdən istifadəyə görə cəzalandırılıb

Sayta qoyulub: 08:00 31.10.2018 (69 dəfə oxunub)

Azərbaycanın daha 2 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA)  verilən məlumata görə, taekvondoçular - Nərgiz Mirzəyeva və Ofeliya Allahverdiyeva 12 ay müddətinə diskvalifikasiya olunub. Onlardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Orqanizmlərində furosemid maddəsi aşkarlanan hər iki idmançının cəzası 19 mart 2018-ci il tarixindən qüvvəyə minib. N.Mirzəyeva və O.Allahverdiyeva Azərbaycan yığmasının üzvləridir.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın 25 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.

 

 

 

 

 

 

 

 

“Report”

XƏBƏR LENTİ