"Keşlə" "Qarabağ"la qarşılaşır

Sayta qoyulub: 07:46 31.10.2018 (55 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqada VII turdan təxirə salınmış oyun keçiriləcək. "ASK Arena"dakı qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. Son turda "Neftçi"yə, ondan əvvəl isə Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla"ya uduzan Ağdam klubu 2 oyunluq qələbə həsrətinə məhz paytaxt təmsilçisi ilə matçda son qoymaq niyyətindədir. Qurban Qurbanovun komandası səfərdə "Keşlə"ni məğlub etməklə, lider "Neftçi" ilə xal fərqini 3-ə endirmək istəyir.

"Keşlə" isə "Qarabağ"la oyuna təyinatı dünən gerçəkləşən Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaq. Ötən tur "Səbail"ə 1:2 hesablı məğlubiyyətdən sonra Mladen Milinkoviçlə yollarını ayıran Bakı klubu yeni baş məşqçisi ilə ilk matçda maksimum nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.


Topaz Premyer Liqası

VII turdan təxirə salınmış oyun

31 oktyabr

19:00. "Keşlə" - "Qarabağ"
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
"ASK Arena"
 

N<o:p style="box-sizing: border-box;"></o:p>

Klublar

 

O<o:p style="box-sizing: border-box;"></o:p>

Q<o:p style="box-sizing: border-box;"></o:p>

H<o:p style="box-sizing: border-box;"></o:p>

M<o:p style="box-sizing: border-box;"></o:p>

T/F

X<o:p style="box-sizing: border-box;"></o:p>

1<o:p style="box-sizing: border-box;"></o:p>

Neftçi

 

9

7

1

1

19-7

22

2<o:p style="box-sizing: border-box;"></o:p>

Qarabağ

8

5

1

2

14-10

16

3<o:p style="box-sizing: border-box;"></o:p>

Səbail

9

5

1<o:p style="box-sizing: border-box;"></o:p>

3

11-12

16

4<o:p style="box-sizing: border-box;"></o:p>

Sabah

9

5

1

3

8-9

16

5<o:p style="box-sizing: border-box;"></o:p>

Sumqayıt

9

3

2

4

10-11

11

6<o:p style="box-sizing: border-box;"></o:p>

Qəbələ

9

2

3

4

12-13

9

7<o:p style="box-sizing: border-box;"></o:p>

Keşlə

8

1

2

5

7-12

5

8<o:p style="box-sizing: border-box;"></o:p>

Zirə

9

1

1

7

7-16

4


Bombardirlər

Marko Deviç ("Sabah") -5 qol 
Baqali Dabo ("Neftçi") - 5 qol
İnnosent Emeqara ("Qarabağ") - 4 qol

XƏBƏR LENTİ