"Qəbələ" "Sabah"la oyunun hazırlığına başladı

Sayta qoyulub: 07:44 31.10.2018 (49 dəfə oxunub)

"Qəbələ" "Sabah"la oyunun hazırlığına başladı

“Qəbələ” Topaz Premyer Liqasının X turunun hazırlığına start verib. Oktyabrın 27-də keçirilən “Sumqayıt”la IX turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. “Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı”nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub. Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

XƏBƏR LENTİ