"Dalğa arena" təmirə bağlandı

Sayta qoyulub: 15:01 30.10.2018 (72 dəfə oxunub)

 

"Dalğa arena" təmirə bağlandı "Dalğa arena" təmirə bağlandı
"Dalğa arena" təmirə bağlandı

 Bakının Mərdəkan qəsəbəsində yerləşən və AFFA-nın balansında olan "Dalğa Arena" təmirə bağlanılıb. 

Milli assosiyasiyadan "Report"a verilən məlumata görə, stadionun ot örtüyündə bəzi yenilənmə işləri aparılır. Bildirilir ki, ot örtüyünün baxıma ehtiyacı olduğu üçün bu addım atılıb. 

Bu səbəbdən, "Zirə" klubu Azərbaycan Premyer Liqasının X turunda "Səbail"i “Bakcell Arena”da qəbul edəcək.  

Qeyd edək ki, "Sumqayıt" və "Zirə" klublarının ev oyunlarını keçirdiyi arenalar təmirdə olduğundan, onlar bu mövsüm "Dalğa Arena"dan yararlanıblar.

XƏBƏR LENTİ