"Neftçi"nin oyunçusu 1 aylıq sıradan çıxdı

Sayta qoyulub: 14:55 30.10.2018 (74 dəfə oxunub)

 

"Neftçi"nin oyunçusu 1 aylıq sıradan çıxdı

 

Topaz Premyer Liqasının 9-cu turunun "Qarabağ”la oyununun (3:1) ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib. Tibbi baxışdan sonra məlum olub ki, oyunçunun qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq. Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.

XƏBƏR LENTİ