Real azarkeşləri aksiyaya hazırlaşır

Sayta qoyulub: 12:35 30.10.2018 (175 dəfə oxunub)

Madrid Realının azarkeşləri komandada baş vermiş hadisələrə aktiv şəkildə münasibət göstərməkdə qərarlıdırlar. Bu barədə Cadena Ser məlumat verib.


Fanat hərəkatının fikrincə komandadakı atmosferin pis olmasının əsas səbəbkarı Serxio Ramosdur.Onlar qarşıdakı oyunda kapitanı fitə basmağı planlaşdırırlar.


Klub rəhbərliyi fanatların bu planlarından narahatdır və Valyadolidlə ev oyununa qədər məsələni yoluna qoymaq fikrindədir.


Xatırladaq ki, dünən Real Xulyen Lopetegini istefaya göndərib. Konte ilə danışıqlar isə italyan mütəxəssisin tələblərinin çox olduğuna görə hələlik alınmayıb. Bundan başqa Antonio Konte daha çox Mançester Yunayteddə Mourinyonun istefasını gözləyir.

XƏBƏR LENTİ