Bakıda UEFA-nın seminarı başladı

Sayta qoyulub: 09:48 30.10.2018 (51 dəfə oxunub)

Bakıda UEFA-nın seminarı başladı
Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı start götürüb. "Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edir. UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb. Qeyd edək ki, seminar noyabrın 1-dək davam edəcək. 
 

XƏBƏR LENTİ