"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq?

Sayta qoyulub: 08:19 30.10.2018 (130 dəfə oxunub)

"Fənərbağça"da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.


Qol.az-ın Türkyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi bu vəzifəyə yerli mütəxəssis gətirməyi planlaşdırır. Namizədlərin hazırda klubsuz olan Tayfun Korkut, Hamza Hamzaoğlu, Kemal Özdeş və "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı olduğu bildirilir. Yerli mütəxəssislər alınmayacağı təqdirdə, əcnəbi Leonardo Jardimlə danışıqlara başlanacağı gözlənilir.


Qeyd edək ki, "Fənərbağça" dünən baş məşqçisi Filipp Kokunu istefaya göndərib.

 

 

 

 

"Fənərbağça"nın yeni baş məşqçisi kim olacaq?

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ