Ronaldu "İnstagram"da abunəçilərinin sayına görə birinci yerə yüksəlib

Sayta qoyulub: 08:17 30.10.2018 (104 dəfə oxunub)

"Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu "İnstagram"da ən məşhur şəxs olub.

Müntəzəm olaraq öz səhifəsinə postlar yerləşdirən futbolçunun "İnstagram" abunəçilərinin sayı 144 milyon 200 min nəfəri ötüb.

Ronaldu bu göstəriciyə görə, əvvəlki lider – hazırda 144 milyon abunəçisi olan amerikalı müğənni və aktrisa Selena Qomesi geridə qoyub.

Ronaldu beşqat "Qızıl top" sahibi və beşqat Çempionlar Liqası qalibidir, o həmçinin Avropa çempionudur. O, ötən yay 117 milyon avroya Madrid "Real"ından Turin "Yuventus"una keçib.

Cari mövsümdə futbolçu İtaliya komandasının heyətində bütün turnirlərdə keçirdiyi 12 oyuna 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Ronaldunun dublu "Yuventus"a ölkə çempionatında qələbə qazandırıb.

 

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ