u-17 Avropa çempionatına məğlubiyyətə başladı

Sayta qoyulub: 14:07 23.10.2018 (83 dəfə oxunub)

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.

 


Avropa çempionatının seçmə mərhələsi

8-ci qrup

I tur, 23 oktyabr

14:00. Azərbaycan – Norveç - 1:4
Qollar: 
Herman Gelmuyden, 18-pen (0:1), Robin Skroqstad, 19 (0:2), Fredrix Oppeqard, 20 (0:3), Nils Vallotto, 71 (0:4), Musa Qurbanlı, 89 (1:4)
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)
Luşnya. “Roza Haciu” stadionu

XƏBƏR LENTİ