Slovakiya millisinin yeni baş məşqçisi məlum oldu

Sayta qoyulub: 09:00 23.10.2018 (88 dəfə oxunub)

Bayer klubu və Çexiya millisinin keçmiş futbolçusu Pavel Qapal Yan Kozakın istefasından sonra Slovakiya millisinin baş məşqçisi təyin edilib.

 

Onunla müqavilə 2020-ci ilə seçmə mərhələsinin sonuna qədər imzalanacaq.Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə mütəxəssis həmin turnirdə də komandanı çalışdıracaq.

 

Bu vaxta qədər 49 yaşlı Qapal Çexiya, Slovakiya klublarının və Polşanın Zaqlembe komandasının baş məşqçisi olub. 

 

Onun son iş yeri Çexiyanın Sparta komandası olub. 

 

Xatırladaq ki, son oyunda slovaklar Çexiyaya  (1:2) məğlub olublar və hazırda  B1 qrupunda son pillədədirlər.

XƏBƏR LENTİ