El Klassikonun hakimi məlum oldu

Sayta qoyulub: 08:48 23.10.2018 (105 dəfə oxunub)

Xose Mariya Martines La liqanın 10-cu turunun mərkəzi görüşü olan Barselona-Real qarşılaşmasını idarə edəcək. Oyun bazar günü keçiriləcək.

 

Martines ötən mövsüm də El Klassikonun hakimi olmuşdu. Santyaqo Bernabeuda keçirilən oyun Barsanın Realı darmadağın  (3:0) etməsi ilə nəticələnmişdi.

 

Alexandro Hernandes isə görüşdə hakimin videoköməkçisi funksiyasını yerinə yetirəcək.

XƏBƏR LENTİ