İran Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istəyir

Sayta qoyulub: 08:44 23.10.2018 (68 dəfə oxunub)

İran Futbol Federasiyası Azərbaycan milli komandası ilə yoldaşlıq görüşünün təşkili variantını nəzərdən keçirir.

Bunu İranın gənclər və idman naziri Məsud Soltanifər Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynovla görüşündə bildirib. Tərəflər iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Öz növbəsində, səfir Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iranlı həmkarına salamlarını çatdırıb. O deyib ki, Azərbaycan iki ölkə arasında imzalanmış bütün qarşılıqlı əməkdaşlıq memorandumlarına sadiqdir.  

 

 

 

 

 

"Report"  

XƏBƏR LENTİ