Türkiyə Superliqası: "Trabzonspor" xal itirdi

Sayta qoyulub: 07:47 23.10.2018 (69 dəfə oxunub)

Türkiyə Superliqasında 9-cu tura yekun vurulub. Sonuncu oyun günündə 1 matç keçirilib. "Trabzonspor" autsayderlərdən biri "Ərzurumspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

 

"Trabzonspor" - "Ərzurumspor" - 0:0

Bu heç-heçədən sonra Qaradəniz təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb. Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlinə 19 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" və "Kasımpaşa" hərəyə 18 xalla 2-3-cü pillələri bölüşdürür. "Antalyaspor" 16 xalla 4-cü, "Beşiktaş" 15 xalla 5-cidir.

XƏBƏR LENTİ