Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Sayta qoyulub: 20:24 22.10.2018 (85 dəfə oxunub)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir. Üçüncü yarış günündə son iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub. Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə ötən il dünya ikincisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarıyla başabaş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub. Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib. 1/4 finalda gürcü güləşçiylə görüşdə 3:0 önə keçsə də, sona 20 saniyə qalmış ani diqqətsizlik məğlubiyyətlə nəticələnib. İslam həmrəyliyi oyunlarının qalibi olan Tatyana Omelçenko ilk mərhələdə rusiyalı rəqibiylə bacarmayıb. Həmçinin 79 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləş üzrə yığmamızın üzvü Cəbrayıl Həsənov bu gün final görüşünə çıxıb. Onun yarışdakı son rəqibi Kayl Duqlas Deyk olub. Finala qədər müvafiq olaraq Ethan Adrian Ramos (Puerto Riko), Əli Şabanov (Belarus) və İzzətullah Abbas Əkbərizarinkolayi (İran) üzərində qələbə qazanan idmançımız amerikalı rəqibinə 0:2 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. Beləliklə, dünya çempionatında 10 sərbəst güləşçi ilə təmsil olunan Azərbaycan cəmi 1 gümüş medalla kifayətlənməli olub.

 70 kq

Təsnifat - Hacımurad Hacıyev - Ceyms Malkolm Qrin (USA) 5:6

79 kq

1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos (Puerto Riko) 14:5

1/4 final - Cəbrayıl Həsənov - Əli Şabanov (Belarus) 6:2

1/2 final - Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İran) *3:3

Final - Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (ABŞ) 0:2

97 kq

Təsnifat - Aslanbek Alborov - Moytaba Məhəmmədşəfi Qoleyi (İRİ) 10:0

1/8 final - Aslanbek Alborov - Jaeqanq Kim (KOR) 11:0 (tuşe)

1/4 final - Aslanbek Alborov - Elizbar Odikadze (GEO) 3:4

59 kq

1/8 final - Tatyana Omelçenko - Svetlana Lipatova (RUS) 0:4

XƏBƏR LENTİ