Spartakın baş məşqçi postunda dəyişiklik

Sayta qoyulub: 09:37 22.10.2018 (119 dəfə oxunub)

Moskva Spartakı baş məşqçi Massimo Karreranı istefaya göndərməyə hazırlaşır. Onun işdən azad edilməsi barədə rəsmi məlumat sabah veriləcək. 

 

Direktorlar şurası italyan mütəxəssisi 2 tur əvvəl qovmaq fikrində idi. Lakin o zaman Vahid Ələkbərov bir qədər səbrli olmağı məsləhət görmüşdü. Lakin dünənki ev oyununda məğlubiyytdən sonra artıq həmyerlimiz də istefanın tərəfdarıdır.

 

Belə olan halda hazırda onu kimin əvəzləyəcəyi maraqla gözlənilir. Rusiya mətbuatının məlumatına görə vakant posta bir neçə namizəd var. Bunlar Leonardu Jardim, Stanislav Çerçesov, Kurban Berdıyev, Leonid Slutskiy və bir də adı məlum olmayan alman mütəxəssisdir.


Spartakın baş məşqçi postunda dəyişiklik

XƏBƏR LENTİ