Elvin Yunuszadənin yeni klubu bəlli oldu

Sayta qoyulub: 10:58 20.10.2018 (182 dəfə oxunub)

Elvin Yunuszadənin yeni klubu bəlli oldu
 

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq üzvü Elvin Yunuszadənin yeni klubu bəlli olub. Qurban Qurbanovun qərarı ilə “Qarabağ”dan göndərilən futbolçunun adı bir neçə klubla hallansa da, müdafiəçi debütant "Sabah"la anlaşıb. 26 yaşlı futbolçu "Neftçi"dən tanıdığı Elşad Əhmədovun rəhbərliyi altında oynamağa razılıq verib. Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində Azərbaycanın iki ən köklü klubunda – “Neftçi” və “Qarabağ”da  forma geyinib. Yunuszadə qısa zaman kəsiyində “Simurq”da da çıxış edib. 

Futbol11.az

XƏBƏR LENTİ