"Spartak" azərbaycanlı futbolçunu 1 milyon avroya transfer edir

Sayta qoyulub: 13:58 19.10.2018 (186 dəfə oxunub)

Rusiya Premyer Liqa təmsilçisi "Rostov"un əslən Azərbaycandan olan futbolçusu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər. Ölkəsinin ən titullu klubu sabiq yarımmüdafiəçisini yenidən sıralarına qatmaq niyyətindədi.

 

Ayazın transferi 1 milyon avro qiymətləndirirlir ki, "Spartak" bu məbləği ödəməyə hazırdı. Moskvalılar onu son zamanlar qalmaqalları ilə gündəmə gələn təcrübəli mərkəz yarımmüdafiəçi Denis Qluşakova əvəzləyici kimi görür. Ancaq Quliyevin köhnə-yeni klubnda maddi qazancının nə qədər olacağı açıqlanmır. 

 

Qeyd edək ki, Ayaz bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Rusiyanln 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olan Quliyevin millimizə cəlb olunması haqda müzakirələr gedir. 

 

 

"Spartak" azərbaycanlı futbolçunu 1 milyon avroya transfer edir

 

Sport24.az

XƏBƏR LENTİ