"Keşlə"də Milinkoviçi Tərlan Əhmədov əvəzləyə bilər

Sayta qoyulub: 18:51 18.10.2018 (127 dəfə oxunub)

"Keşlə"də Milinkoviçi Tərlan Əhmədov əvəzləyə bilər

“Keşlə” klubunda baş məşqçi ilə bağlı növbəti problem yaranıb. Artıq mediada hazırkı baş məşqçi, hələ bu yay Yuri Maksimovun yerinə gətirilən Mladen Milinkoviçin istefaya göndəriləcəyi bildirilib. Buna klubun Topaz Premyer Liqada uğursuz çıxışı səbəb göstərilir. Qeyd edək ki, komanda 6 oyundan 2 xalla turnir cədvəlində sonuncu yeri tutur. Bu həftə öz meydanında “Zirə”ni qəbul edəcək “Keşlə”nin qalib gələ bilməyəcəyi təqdirdə, serb mütəxəssislə yolları ayıracağı bildirilir.

Bu arada “Futbolpress” yazıb ki, “Keşlə”də klubdaxili ab-hava yüksək deyil. Nəticələr rəhbərliyi narazı salıb və komandanın TPL-də sonuncu olması mövsümün əvvəlində gətirilən Mladen Milinkoviçin stolunu laxladıb. Serb mütəxəssis özü də qalmaqda ciddi maraq göstərmir.

Bel bir məqamda komandaya yeni baş məşqçi gətirilməsi müzakirə olunub. "Keşlə" rəhbərliyi bu vəzifəyə Tərlan Əhmədovu gətirmək niyyətindədir. Artıq müzakirələr gedib və onun namizədliyi üzərində dayanılıb. Təcrübəli mütəxəssisin özünün buna necə yanaşdığı barədə hələlik məlumat yoxdur.

Son olaraq "Neftçi"ni çalışdıran Tərlan Əhmədov ötən mövsüm bitdikdən sonra komandadan ayrılıb. Əhmədovun başa çatan müqaviləsi yenilənməyib.

XƏBƏR LENTİ